2010/11/14

AUT Öyrənci" filter oldu"

AUT Öyrənci
İran hakimiyyəti Azərbaycanın doğru səsini dünyaya çatdırmaq istəyən medya araclarına öz təzyiqləri artırıb. Belə ki son günlərdə Azərbaycan milli hərəkəti içərisində fəaliyyət göstərən bir neçə sayt və veblaqın istifadəsinə qadağa qoyulub. Rejimin qadağasına məruz qalan son veblaq isə bizim veblaq oldu.
Əmirkəbir Türk Öyrəncilərinin veblaqı olan AUT Öyrənci (AUT = Amirkabir University of Technology), iki ildən artıqdır ki biliyurdun bir sıra keçmiş və indiki öyrənci fəallarının əməyi ilə Azərbaycan Milli Hərəkəti və Azərbaycan Öyrənci Hərəkəti haqda xəbərlər və araşdırmaları, bilgi və medya sıxıntısında yaşayan toplumuza çatdırmağa çalışıbdır. Öz fəaliyyətini gəlişdirməyə çalışan veblaq son zamanlarda etibarlı xəbər qaynaqlarının birinə çevrilmişdi. Elə bu səbəblər üzündən hakimiyyət tərəfindən filter edildi.

Bütün bunlara baxmayaraq biz fəaliyyətimizi dayandırmayacağıq. Hakimiyyət belə əməlləri bizi yolumuzdan qayıtmağa məcbur etməyəcək heç, bəlkə amacımıza olan inamımızın daha möhkəmləşməsinə yardım edəcək. Beləliklə ən qıssa müddətdə yeni bir veblaq yaradaraq fəaliyyətlərimizi davam etdirəcəyik. Yeni adresimizi isə gələn günlərdə açıqlayacağıq.
Gələcək bizimdir

Hiç yorum yok: