2011/02/28

Xocalı faciəsi Təbrizin Səhənd stadyomunda anılıb (Şəkil)

1992 Khojali Genocide
AUT Öyrənci: Güney Azərbaycanlılar Xocalı Soyqırımının 19-cü ildönümü ərəfəsinə keçirilən Traxtor – İstil Azin qarşılaşması zamanı, “Qarabağ bizimdir, bizim qalacaq” və “Yaşasın Azərbaycan, Məhv olsun Ermənistan” şuarlarını səsləndirərək Azərbaycan Türklərinin əleyhinə törədilmiş bu faciəni anıblar.
Təbrizin Səhənd stadyomunda keçirən qarşılaşmada güvənlik məmurlarının bütün təzyiqlərinə rəğmən Qarabağ məsələsi özəlliklə Xocalı faciəsi ilə bağlı, parçalar üzərində yazılmış maraqlı şuarlar nümayiş etdirilib.

Qeyd edək ki Cuma günü keçirilən bu qarşılaşma 3 – 0 hesabı ilə Traxtorun xeyrinə tamamlanıb.
Aşağıda sözü gedən olaylardan bir sıra şəkilləri görə bilərsiz:


Üzərinə “Qarabağın Ağdan məscidi başqa bir Beytül Müqəddəsdir” yazılmış qara parça
 
Üzərində "1992 Xocalı Soyqırımı" yazılmış parça



Hiç yorum yok: