2011/03/14

Tehran bilimyurdlarının Türk öyrəncilərinin yeni il münasibətinə bildirisi: “Güc Birlikdədir...”

Son zamanlarda Ortadoğuda baş verən hadisələr və bu bölgədə demokrasi uğrunda etirazların müsbət şəkildə sonuclanması, bölgədəki demokratik hərəkətlərə bir örnək olaraq görünməkdədir. Yəqin ki bu hərkətlərin düzgün sonuca varmasında, ictimaii güclərin bir yöndə olması ən etkin amil sayıla bilər. Güney Azərbaycan milli hərəkəti də bir demokratik hərəkət olaraq bu dəyişikliklərdən etkilənməkdədir.
Ayrıca milli hərəkətin zaman sürəcində gəlişimi və yetişkinliyi, çeşitli hadisələrə öz mənfəətləri əsasında tutumu və davranışı, bir sıra siyasi axınların xoşuna gəlməyib və onları milli hərəkətin gücünü öz mənfəətləri yönündə qullanmağa maraqlandırıb.

Bu olaylar və yaxın gələcəkdə bunlara bənzər üz verə biləcək olayların ehtimalı Güney Aəzrbaycanın durmunu daha da həssaslaşdırır. Bu həssas durumda bölgə dəyişiklikləri qarşısında Azərbaycanın son dərəcə hazırlılığı gərəkir. Millətimizin çıxarlarını qorumaq üçün bu hazırlılığın yaranmasında, milli hərəkət və milli fəallar ən ağır görəvi daşıyırlar. Bu önəmli görəvi yerinə yetirmək üçün milli fəalların daha artıq işbirlik içərisində bulunmaları lazimdir.  Ata-babalarımız demişkən: “Güc Birlikdədir...”
Bu gerçəyə inanaraq biz Tehran bilimyurdlarının Türk öyrənciləri bu amaca nail olmaq yönündə 1390 ilini “Milli Birlik İli” adlandırılmasını önəririk.
Bu birlik təkcə, plüralizm (çoxunluluq) və ortaq dəyərlərə söykənərək hayata keçirilə bilər. Təbii ki Olumlu və qapsamlı bir birliyin yaranması hər şeydən öncə bəhs və dialoq fəzasının yaranmasından keçir. Belə ki müxtəlif baxışların söylənilməsinin ardından istənilən birliyin mehvərləri bəlirlənə bilər.
Beləliklə yeni il münasibəti ilə bütün Azərbaycan millətini təbrik edərək milli çalışqanlar, qruplar və təşkilatları  birlik sorununa daha artıq önəm vermələrini və bu məsələni ilk öncəliklərində yerləşdirmələrini  umuruq.
Tehran, Əmirkəbir, Elmosənət, Şərif, Xacənəsir, Şəhid Beheşti, Tərbiyət Müdərris və Azad bilimyurdlarının Türk öyrənciləri

Hiç yorum yok: